Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:32

Azərbaycan atleti dopinqdə 'ilişib'


Dopinq

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) daha bir Azərbaycan atletinə cəza verib.

Bu haqda federasiyasının statistik hesabatında bildirilir.

Cəza alan Azər Məmmədlidir.

Federasiyanın məlumatına görə, 105 kiloqram çəkidə çıxış edən atlet dopinq testindən lazımı qaydada keçə bilməyib. Hələ yayda onun orqanizmində istifadəsi qadağan edilən etioxolanolon maddəsinin tapıldığı bildirilir. Həmin vaxtdan A.Məmmədli, habelə dopinqdə «ilişən» daha iki Azərbaycan idmançısı Elmar Alıyev və Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti diskvalifikasiya edilib.

Federasiya A.Məmmədli ilə bağlı araşdırmaların başa çatdığını və onun bütün yarışlardan 4 illiyə uzaqlaşdırıldığını bildirib.

Digər iki idmançı ilə bağlı qərar isə, hələlik, verilməyib.

Hesabata A.Məmmədlinin münasibətini almaq mümkün olmayıb.

Bu, Azərbaycandan olan ağırlıqqaldıranların dopinqə görə cəzalandırıldığı ilk hal deyil. 2017-ci ildə daha iki Azərbaycan idmançısına bu məsələyə görə cəza verilib. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası keçən il «Bakı 2017» IV İslam Həmrəyliyi Oyunlarının qalibi Anastasiya İbrahimliİsa Rüstəmovu cəzalandırmışdı.

Xatırlatma

İndiyə kimi Azərbaycandan dopinqə görə bir çox növ üzrə idmançı cıza alıb. Elə bu ilin ortalarında 6 taekvandoçu dopinqdən istifadə ilə bağlı sanksiyaya məruz qalmışdı.

2016-cı ilin oktyabrında Milli Məclis «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında» Qanun qəbul edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təsis edilməsi də elə həmin qanunda öz əksini tapmışdı.

Multimedia

XS
SM
MD
LG