Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Meteohəssas insanlarda narahatlıq yarana bilər


Günəş

Dekabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da dekabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 25-26-da Abşeron yarımadasında arabir güclənən mülayim gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG