Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Bakıda UEFA Avropa Liqaslnın finalına həsr edilmiş muzeyin açılışı olub


 BakıdaUEFA Avropa Liqaslnın finalına həsr edilmiş muzey
BakıdaUEFA Avropa Liqaslnın finalına həsr edilmiş muzey

2019-cu il mayın 29-da Azərbaycanda keçiriləcək UEFA Avropa Liqaslnın finalına görə Bakıda buna həsr olunmuş muzeyin açılışı olub.

Muzeydə Avropa Liqasının tarixindən bəhs edəneksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandalar və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi topu, həmçinin də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı toplar sərgilənir.

Tanınmış argentinalı futbolçu Bakıda
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Bundan başqa, muzeydə quraşdırılan xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar nümayiş etdirilir.

2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində tanınmış argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də muzeydə azarkeşlər görüşüb, onlara imza verib, şəkil çəkdirib və sonda mətbuat konfransı keçirib.

“Bu, Bakıya ilk səfərimdir. Təəssüf ki, burada az oqısa müddətdə olacam. Gələn dəfə çalışacam ki, şəhəri gəzmək üçün daha çox vaxtım olsun.Hələ ki, stadionda olmamışam. Hava limanından birbaşa bura gəlmişəm. Təşkilatçılıq isə çox yüksək səviyyədədir. Hər kəsə və bura gələnlərə çox təşəkkür etmək istərdim. Bundan çox böyük həzz aldım. Məni görmək istəyən bu qədər insanın olacağını gözləmirdim”, Krespo deyib.

Ernan Krespo azarkeşə imza verir
Ernan Krespo azarkeşə imza verir

Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub.

Bundan başqa Milanın “İnter” klubunun heyətində 3 dəfə İtaliya çempionu olub.

Onun adı, 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə, Pelenin tərtib etdiyi həyatda olan 125 ən yaxşı futbolçunun siyahısındadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG