Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

‘Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır’


Azərbaycan, Dağlıq Qarabağ, Xankəndi şəhəri, 5 aprel 2016
Azərbaycan, Dağlıq Qarabağ, Xankəndi şəhəri, 5 aprel 2016

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni tərəfi ilə konstruktiv dialoqa hazırdır".

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”ının dekabrın 20-də keçirilmiş 2-ci qurultayının qəbul etdiyi bəyanatda belə yazılır. Bəyanatın mətini dekabrın 21-də yayılıb.

Sənəddə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər.

“Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır”,

bəyanatda yazılır.

Müəlliflər artıq 30 ildən çoxdur ki, Qarabağ münaqişəsinin davam etməsinə səbəb kimi Ermənistan tərəfinin Azərbaycana ərazi iddialarını göstərirlər. Sənəddə bəyan edilir ki, Ermənisatnın ərazi iddialarından geri çəkilməməsi, nəzarət etdiyi Azərbaycan ərazilərindən hərbi qüvvələrini çıxarmaması problemin həllinə mane olan başlıca səbəbdir.

“Ermənistanın əsaslandığı xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir, əks halda isə qəbul olunmur”.

Sənəd müəlliflərinə görə, münaqişənin ədalətli həllinə nail olmaqdan ötrü Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Məcburi köçkünlər, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisi öz doğma torpaqlarına qayıdaraq mülkiyyət hüquqlarından istifadə etməlidirlər.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları dəstəkləməyə səsləyir.

«Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin dekabrın 20-də 2-ci qurultayı keçirilib. Qurultayda icmanın yeni İdarə Heyəti təsdiqlənib.

Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri seçilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG