Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:37

BBC əməliyyatlarının qanuniliyi yoxlanılır


BBC-nin qərargahı
BBC-nin qərargahı

Rusiyanın media tənzimləyici orqanı olan Roskomnadzor bildirir ki, BBC Dünya Xidmətinin Rusiyadakı əməliyyatlarının və vebsaytlarıın qanuniliyini yoxlamağa başlayıblar. Bundan öncə Britaniyanın Ofcom mediaya nəzarət qurumu Rusiyanın RT telekanalının qərəzsizlik qaydalarını pozduğunu bəyan edib.

Roskomnadzor dekabrın 21-də bildirib ki, araşdırmanın məqsədi BBC-nin fəaliyyətinin Rusiya qanunlarına uyğun olub-olmadığını dəqiqləşdirməkdir.

OFCOM-UN ADDIMINA CAVABDIR

Bir gün öncə Ofcom Rusiya dövlətinin maliyyələşdirdiyi RT-yə sanksiya qoymağı nəzərdən keçirdiyini deyib, telekanalın bu ilin əvvəlində yeddi proqramda qərəzsizlik qaydalarını pozduğunu bəyan edib. Britaniyalı keçmiş casus Sergei Skripal və qızının Britaniyada zəhərlənməsi də qayda pozuntusuna yol verilən mövzular sırasındadır.

Britaniya zəhərlənmə insidentinə görə Rusiya hökumətini suçlayır. Rusiya isə agentlərinin bu hadisənin arxasında durmasına dair dəlili dəfələrlə rədd edib, Britaniya kəşfiyyat agentliklərini “rusofobiya”nı qızışdırmaq üçün düzüb-qoşduğunu bildirib.

Skripal-lar sağ qalıblar, amma sovet istehsalı olan Noviçok qazının təsirinə məruz qalmış daha iki britaniyalıdan biri dünyasını dəyişib.

Ofcom 2012-ci ildən RT-ni qərəzsizlik qaydalarını pozduğunu, “azdırıcı” kontent yaydığını dəfələrlə bildirib.

Kremlin sözçüsü Dmitry Peskov isə dekabrın 21-də Moskvada jurnalistlərə deyib ki, Roskomnadzor-un addımı Ofcom-un açıqlamasına cavabdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Facebook postunda Roskomnadzor-un addımı alqışlayıb.

BBC isə dekabrın 21-də Rusiya qanunvericiliyinə və müstəqil xəbər çatdırmaq qaydalarına tamamilə əməl etdiyini vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG