Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:03

Neft Fondunun büdcəsi prezidentə göndərilib


Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2019-cu il üzrə büdcəsinin layihəsi məqbul sayılıb. Fondun Müşahidə Şurasının iclasında büdcə layihəsinin təsdiqlənməsindən ötrü prezidentə göndərilməsi qərara alınıb.

Bu haqda ADNF-nin dekabrın 19-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, toplantıda Hesablama Palatasının rəyi nəzərə alınmaqla ADNF-nin 2019-cu il üzrə büdcə layihəsinə, Fondun idarə edilməsi ilə bağlı xərclərə dair məlumatlara baxılıb.

ADNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 mlrd. 450.1 mln. manat, xərclərinin isə 11 mlrd. 595.2 mln. manat müəyyən edilməsi məqbul sayılıb. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 30.9 mln. manat müəyyən olunub.

Sənədlər təsdiq olunmaqdan ötrü prezidentə göndərilib.

Ancaq bəzi ekspertlər indidən layihəni tənqid etməkdədirlər. Onlar deyirlər ki, bu büdcə layihəsi neftin bir barelinin 60 dollar götürülməsinə əsasən hazırlanıb. Hazırda neft 60 dollardan ucuzdur.

Xatırlatma

ADNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956.2 min manat, xərcləri isə 9 mlrd. 730 mln. 221.8 min manat məbləğində təsdiq edilmişdi.

Gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməlidir. Yerdə qalan məbləğ isə əsasən bonuslardan, neftin, qazın ölkə ərazisi ilə ötürülməsindən və Dövlət Neft Fondunun idarə olunmasından qazanılmalıdır.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Bu fonda indiyə qədər 140 mlrd. dollardan çox vəsait daxil olduğu bildirilir. Bu il oktyabrın 1-nə olan məlumata görə, Fondda həmin vəsaitdən 38 mlrd. 987.7 mln. ABŞ dolları qalıb. Fondun xərclərində böyük pay büdcəyə transfertlər təşkil edib. Eyni zamanda, bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələr maliyyələşdirilib.

Multimedia

XS
SM
MD
LG