Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Ankarada generalların görüşü olub


Azərbaycan Müdafiə Nazirliyi

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini Kərəm Vəliyev bu ölkənin Baş Qərargahının rəisi Yaşar Gülərlə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, dekabrın 19-da məlumat yayıb.

Məlumatda bildirilir ki, K.Vəliyev və başçılıq etdiyi nümayəndə heyəti XI Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək məqsədilə Türkiyəyə gedib.

Nazirlik habelə bildirir ki, tərəflər hərbi əməkdaşlığın müxtəlif istiqamətləri, habelə iki ordu arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Dekabrın 18-də Ankarada Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Dekabrın 20-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye sahələrində əməkdaşlıq və 2019-cu il üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Xatırlatma

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının ilk toplantısı 2007-ci ildə olub. Həmin tarixdən bu yana bu toplantılar hər il növbələşməklə Türkiyə və Azərbaycanda keçirilir.

Multimedia

XS
SM
MD
LG