Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:02

Rusiya İstintaq Komitəsinin polkovniki saxlanıb


Rusiya İstintaq Komitəsinin əməkdaşı, arxiv fotosu

Rusiyanın Samara regionunda İstintaq Komitəsinin polkovniki rüşvətxorluq ittihamıyla saxlanıb.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları dekabrın 18-də deyiblər ki, polkovnik Vera Rabinovich paytaxt Samara aeroportunda 10 milyon rubl (150 min dollar) rüşvət alarkən saxlanıb.

Rabinovich Komitənin iqtisadi cinayətlər üzrə region departamentinin rəhbəridir.

FSB rəsmilərinin məlumatına görə, iki şübhəli araçı da saxlanıb və hər üçü təcridxanaya yerləşdirilib.

FSB sözügedən məbləğin daha böyük rüşvətin – 15 milyon rublun (225 min dollar) bir hissəsi olduğunu bildirir. İddia olunur ki, Rabinovich bunu maliyyə cinayəti qurbanından cinayət işinə məhkəmədə baxılmasını sürətləndirmək üçün qəbul edib.

XS
SM
MD
LG