Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 04:19

Avtomobil idxalında rekord


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

Noyabr ayında Azərbaycana rekord sayda avtomobil gətirilib – 3 min 378 ədəd.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 11 ayında rəsmi nümayəndələr, dilerlər və fiziki şəxslər xaricdən ümumilikdə 22 min 714 ədəd nəqliyyat vasitəsi satın alıblar.

Bu göstərici 2017-ci ilin eyni dövründəkindən 2.3 dəfə çoxdur.

DGK-nin məlumatlarında noyabr ayında avtomobil idxalının əvvəlki aylarla da müqayisədə artdığı qeyd edilir.

Ekspertlərə görə, artım yeni ildən hökumətin idxal olunan avtomobillərə aksiz dərəcələrini artıracağı ilə əlaqədardır. Bu üzdən gələn il avtomobillərin qiymətinin yüksələcəyi gözlənir.

İqtisadçilardan Vüqar Bayramov dekabrın17-də AzadlıqRadiosuna demişdi ki, bu gözlənti Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqəlidir. O vurğulayıb ki, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən yeni aksiz vergi dərəcələri yanvarın 1-dən qüvvəyə minir: «Həmin dəyişikliklərə görə, bütün növ mühərrikə malik avtomobillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda onun hər kubsantimetrinə görə aksiz vergisi 20 qəpikdən 30 qəpiyə yüksəldilib. Vergi həmin göstərici 3000 kubsantimetrədək olan avtomobillərdə əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idi. Gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG