Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:38

Hərəmizə 86 min dollar borc düşür


İllüstrativ foto

Hazırda dünyada adambaşına 86 min dollar borc düşür. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) hesablayıb. Dünyada ən çox borcu olan ölkələr Birləşmiş Ştatlar, Çin və Yaponiyadır, qlobal borcun yarıdan çoxu onların payına düşür.

BVF hesablayıb ki, bu ölkələrin borcu hasilatın həcmini aşır.

Qurumun bildirməsinə görə, Çinin reytinqdə başa çıxması nisbətən yeni tendensiyadır. Minillik başlananda Çinin qlobal borcda payı üç faizdən az idi, indi 15 faizi keçib və bu da qlobal maliyyə böhranından sonra götürülən kreditlərin həcminin sürətlə artmasıyla bağlıdır.

BVF qlobal borcun rekord səviyyəyə – 184 trilyon dollar qalxdığını bildirir. Bu, ötən il dünyadakı ÜDM-nin 225 faizinə bərabərdir.

Üstəlik, bu göstərici oktyabrda açıqlanmış rəqəmdən 2 trilyon dollar çoxdur, çünki əvvəllər hesabat verməyən bəzi ölkələrdən gələn informasiyanı da əhatələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG