Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Ermənistan inqilabı monopoliyada olmayacaq – Qərb mediası


Nikol Pashinian səs verir
Nikol Pashinian səs verir

Dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkisində Nikol Pashinian-ın “Mənim addımım” alyansı səslərin 70,5 faizini toplayaraq parlament çoxluğunu əldə edib. “Foreign Policy” dərgisində Maxim Edwards Yerevanda əhvalın, gələcəyə ümidlərin yüksək səviyyədə olduğunu yazır. Pashinian hakimiyyət mayda, keçmiş prezident Serzh Sargsyan-ı baş nazir postundan uzaqlaşdıran küçə etirazları nəticəsində gəlib. Müəllif qeyd edir ki, Pashinian aprel-may etirazlarının yeganə sifəti olmayıb: sosial demokratlar, millətçilər də küçələrə çıxıb.

Bu seçki əslində, müxalifət haqqında idi”, – Yerevanda mənzillənən Qafqaz İnstitutunun direktoru Alexander Iskandaryan belə deyir. Masisdə Pashinian-a səs vermiş Karapetyanlar isə deyiblər ki, onlar digər partiyaların da parlamentə düşəcəyinə ümid ediblər, “belə daha yaxşı idarə edər. Opponentlərinin olması vacibdir”.

Parlamentə Pashinian-ın alyansından başqa iki partiya da keçib. Onun partiyasının keçmiş koalisiya tərəfdaşı, liberal avropapərəst İşıqlı Ermənistan 6 faiz, maqnat Gagik Tsarukyan-ın Firavan Ermənistan partiyası isə 8 faiz səs yığıb.

Yerevanda antihökumət etirazları, 8 may, 2018-ci il
Yerevanda antihökumət etirazları, 8 may, 2018-ci il

1999-cu ildən Ermənistan siyasətində üstün mövqedə olmuş Respublikaçı Partiyası isə parlamentə girmək üçün gərəkən 5 faizlik baryeri aşa bilməyib. Əvvəlki parlamentdə 58 yerin sahibi idi. Müəllif qeyd edir ki, indi Yerevanda əks-inqilab artıq mümkünsüz görünür. “Ölkəni 20 il idarə etmiş siyasi partiya indi 5 faizi yığa bilmir. Əvvəlki seçkilərdə pozuntuların olduğunu bilirdik, amma 20, 30 faiz deyil, parlament çoxluğunu malik olmuş partiyanın 5 faizi yığa bilməməsindən danışırıq. Çoxları bunu hələ də anlamır”,– Pashinian-ın aparıcı müşaviri Arsen Gasparyan belə deyir.

Amma Respublikaçı Partiyası artıq hücuma keçib, seçkidən sonra verdiyi bəyanatda bildirib ki, seçkilər “formaca demokratik olsa da, məzmunca olmayıb”.

Müəllif isə ölkənin yeni parlamentindəki müxalifətin demokratik məsuliyyətinə ciddi yanaşdığının qeyd edir. “Ona görə seçkiyə ayrılıqda getdik ki, xarici siyasət daxil olmaqla, müxtəlif məsələlərə yanaşmamız fərqliydi. Amma bütün debatlar daxildə, fraksiyamız içində gedirdi. Məncə, indi bu ziddiyyətləri açıq mqzakirəyə, parlamentə çıxarmaq daha sağlam olar”, – ötənilki parlament seçkisində Pashinian-ın koalisiya tərəfdaşı olmuş İşıqlı Ermənistan partiyasının lideri Edmon Marukyan deyib.

Rusiya dezinformasiyanı necə yayıb

Rusiyanın dezinformasiya fəaliyyəti haqda Senat üçün hazırlanmış yeni hesabat əməliyyatım miqyasını göstərir. “The Washington Post” qəzeti hesabatın layihəsini əldə edib. Qəzet yazır ki, sənəddə ilk dəfə olaraq texnologiya firmalarının Senatın Kəşfiyyat Komitəsinə verdiyi milyonlarla post təhlil olunur.

Arxiv fotosu
Arxiv fotosu

Hesabat üzə çıxarıb ki, Rusiyanın 2016-cı ildə apardığı dezinformasiya kampaniyası çərçivəsində hər bir sosial media platformasından istifadə olunub, Donald Trump-ın prezident seçilməsinə kömək etməkdən ötrü seçicilərin maraqlarına uyğun ifadələr, təsvirlər, videolar yayılıb.

Senatın kəşfiyyat komitəsinə respublikaçı Richard Burr və demokrat Mark Warner sədrlik edir. Komitə hesabatı qəbul etdiyini hələlik bildirməyib. Ancaq bu həftənin sonunda daha bir araşdırma ilə birlikdə yayacağı gözlənir.

Tədqiqatçılar Facebook, Twitter və Google-un təqdim etdiyi, ötən ilin ortasınadək bir neçə ili əhatələyir.

Aydın olan odur ki, bütün ismarıcların hədəfi Respublikaçı Partiyasını, özəlliklə də Donald Trump-a xeyir vermək olub. Trump kampaniyaların özəyində durur, mühafizəkarları, sağ qanad seçiciləri hədəfə alır”, – hesabatda deyilir.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyi araşdırır. Rusiya və Trump bu iddiaları dəfələrlə rədd edib.

Misirdə 4400 illik məzar aşkarlanıb

Qahirənin cənubunda 4 min 400 illik məzar aşkarlanıb. Misirin Antik Əsərlər Nazirliyi məzarda “müstəsna şəkildə yaxşı qalmış” rəsm əsərlərinin olduğunu bildirir. Məlumatı CNN yayıb.

Misir
Misir

Antik əsərlər naziri Khaled al-Anani deyib ki, məzar Saqqara arxeoloji ərazisində tapılıb, fironların 5-ci sülaləsinə aiddir. Həmin sülalə təxminən 4 min 400 il öncə hakimiyyətdə olub.

Nazir məzarın divarlarında rəngli təsvirlər olduğunu deyib.

Qazıntı missiyasının rəhbəri Mostafa Waziri-nin sözlərinə görə, təsvirlərdə şərabçılıq və dulusçuluq, musiqi ifaları, dənizçilik, ovçuluq, dəfn mebelinin hazırlanması yer alıb.

Waziri komandasının məzara noyabrda çatdığını, ancaq qapıları bağlı olduğundan oraya daxil olmağın zamanı aldığını qeyd edib.

Daha bir yerli rəsmi məzarın uzunluğunun 10, eninin 3 metr olduğunu, zirzəmi üzərində yerləşdiyini qeyd edib.

XS
SM
MD
LG