Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Kosovonun ordu yaratmaq qərarı ‘dəyişməzdir’


KSF-in orduya çevrilməsi mərasimi
KSF-in orduya çevrilməsi mərasimi

Kosovonun yüngül silahlanmış ordusunu əsl orduya çevirmək qərarı “dəyişməzdir”. Bunu Kosovo Prezidenti Hashim Thaci dekabrın 16-da Priştina aeroportunda jurnalistlərə deyib. O, BMT-yə danışıqlara yollanıb. BMT-də məhz Kosovo serblərini və qonşu Serbiyanı qəzəbləndirmiş ordu qərarı müzakirəyə çıxarılacaq.

BMT-nin Təhlükəsizlik Şurasında nə baş verməsindən, konkret fərdin, yaxud ölkənin narahatlığından asılı olmayaraq, Kosovo ordusunun yaradılması qarşısıalınmaz hərəkətdir”, – Thaci söyləyib.

Dekabrın 14-də Kosovo parlamenti 2500 üzvü olan Kosovo Təhlükəsizlik Qüvvəsinin (KSF) 5 min heyətlik, tam silah-sursatla təmin olunmuş milli orduya çevirmək barədə qərar qəbul edib.

Hashim Thaci (ortada) ordu qərarına görə deputatları təbrik edir
Hashim Thaci (ortada) ordu qərarına görə deputatları təbrik edir

Dekabrın 17-də Təhlükəsizlik Şurası Serbiyanın xahişilə məsələni müzakirə edəcək. Qurum dekabrın 14-də bu görüşün formatını qapalı danışıqlarda müzakirə edib. Serbiyanın yaxın müttəfiqi olan Rusiya açıq, Avropa ölkələri isə qapalı danışıqlar keçirilməsini istəyir.

Serbiya və Kosovoda yaşayan 120 min etnik serbin çoxu ordu yaradılmasına qarşı çıxıb, bunun BMT qətnamələrini posduğunu, serb azlığına qarşı istifadə oluna biləcəyini deyib. Priştina rəsmiləri isə bu iddianı rədd edir.

“SERBİYANIN MÖVQEYİ EŞİDİLMƏLİDİR”

Serbiya Kosovo üzərində nəzarəti 1999-cu ildə itirib. O zaman etnik albanların serb qüvvələri tərəfindən qətli və qovulmasına cavab olaraq NATO hava zərbələri endirdi.

2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini bəyan etdi. Onu Serbiyadan başqa 110-dan çox ölkə tanıyıb.

Ivica Dacic
Ivica Dacic

Münaqişədən 20 ilə yaxın vaxt keçir, 1,8 milyon nəfərin yaşadığı, quruyla əhatələnmiş bu ərazini hələ də NATO əsgərləri qoruyur.

Kosovo və Serbiyanın AB üzvlüyünə doğru irəliləməsi üçün ziddiyyətlərini həll etməsi şərt kimi qoyulub. Ancaq son aylar AB-nin sponsorluğu ilə keçirilən danışıqlarda fasilələr yaranıb.

Serbiyanın xarici işlər naziri Ivica Dacic-in dekabrın 16-da deməsinə görə, Belqrad Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan edəcək ki, ordunun yaradılması 1999-cu ildə münaqişəyə son qoymuş qətnamənin pozulması deməkdir.

Serbiyanın mövqeyinin eşidilməsi vacibdir”, – o deyib.

Belqradın bəzi rəsmiləri Serbiyanın cavab olaraq öz ordusundan istifadə edəcəyi ehtimalını da səsləndirib.

Serbiya Prezidenti Aleksandar Vucic-in də BMT-nin iclasına qatılacağı gözlənir.

Birləşmiş Ştatların Kosovonun milli ordu yaratmasına dəstəyini bildirsə də, NATO bu addımın “pis vaxta” düşdüyünü deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG