Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Soyuq Müharibəyə qayıdış? – Qərb mediası


Almaniyada NATO təlimləri, arxiv fotosu
Almaniyada NATO təlimləri, arxiv fotosu

NATO və Rusiya arasında qeyri-nüvə müharibəsi bombardmançı təyyarələri, təyyarədaşıyan gəmilər və sualtı qayıqları Avropanın şimal sərhədi boyunca üz-üzə qoya bilər. Bu haqda yeni araşdırmadan “The National interest” dərgisində David Axe söz açır və bunun səbəbini NATO və keçmiş Sovet İttifaqı arasında müharibənin 30-40 il öncə eyni ssenari ilə gedəcəyini qeyd edir.

Müharibə Baltik regionunda başlaya bilər... və ilkin olaraq rusiyalıların xeyrinə olar.

Müharibəni Moskva başlasa, Rusiya qüvvələri NATO ərazisinin zəif yerlərini – Litva, Latviya və Estoniya kimi Baltik ölkələrini vura bilərlər”, – belə bir xəbərdarlıqla Rowan Allport çıxış edir. Londonda mənzillənən beyin mərkəzi – İnsan Təhlükəsizliyi Mərkəzi “Alov və Buz – NATO-nun Şimal Cinahı üçün yeni dəniz strategiyası” adlı araşdırma dərc edib.

Rusiya qüvvələri NATO-nun belə bir hücuma reaksiyasını önləməyə çalışarlar. Şimal ərazisi belə bir kampaniyada Moskva üçün vacibdir”, – ekspert davam edir.

Rusiyanın cənubunda təlimlər
Rusiyanın cənubunda təlimlər

Müəllif sovetlərin 1960-cı illərdə müharibə planlarının da oxşar olduğunu vurğulayır. Ancaq Allport qeyd edir ki, NATO Rusiyanın bu kampaniyasını məğlub etmək gücündədir: “Rusiya NATO-nun tam səfərbər olunmuş dəniz qüvvəsi qarşısında zəifdir”.

1960-cı illərdən 1980-ci illərin sonlarınadək NATO qüvvələrinin Amerikadan Avropaya kütləvi köçürülməsi illik Reforger təlimlərində məşq olunub.

Allport məsləhət görür ki, Kral Donanması Atlantik karvanlarının qorunmasında əsas rol oynasın. Britaniya donanması yeni Kraliça Yelizaveta təyyarədaşıyan gəmilərinin əsas rol alacağı transmilli işçi qrupa rəhbərlik etsin.

Allport həm də xəbərdarlıq edir ki, görüləsi iş çoxdur, NATO Rusiyanın hər bir hədəsini dəf etməyə qüvvələrini toplamalı, planlar qurmalıdır.

Dünyanın ən səxavətli ölkələri

Yardım təkcə pulla olmur. Gallup sorğu mərkəzinin 146 ölkədə apardığı araşdırma üzə çıxarıb ki, insanlar bir-birinə yardım əli uzatmağa hazırdırlar. Bu, könüllülük formasında da ola bilər, xeyriyyə yardımı, əcnəbilərə mehribanlıq şəklində də.

Moskvada xeyriyyə konserti
Moskvada xeyriyyə konserti

2018-ci il Dünyanın Ən Səxavətli Ölkələri Hesabatı 153 min nəfərin rəyi əsasında hazırlanıb, onların başqalarına pul, zaman, yaxud yardımı necə etdiyi öyrənilib.

Ötən il dünyada 1,4 milyard nəfər xeyriyyə qurumlarına pul verib. 1 milyard nəfər vaxtını könüllü işinə sərf edib. 2,2 milyard nəfər isə ehtiyacı olan qəribə kömək edib.

Gallup bu üç suala “müsbət cavablar” əsasında hər ölkə üzrə Vətəndaş Fəallığı İndeksini hazırlayıb. İndeksin yüksəkliyi əhalinin fəallığının yuxarı olmasını göstərir. Dünya üzrə mümkün 100 baldan ortalama 30 bal yığılıb.

İndoneziya və Avstraliyanın indeksi 59, Yəməninki isə 15-dir. Azərbaycanın balı 18, Ermənistanın 23, İranın 45, Rusiyanın 25, Gürcüstanın 24-dür.

Dünya ulduzları Hindistana toya gedirlər

Çərşənbə günü Hindistanda iki milyarder ailə qohum olub. “The Associated Press” yazır ki, gəlin Isha Ambani Hindistanın ən zəngin adamı sayılan sənayeçi Mukesh Ambani-nin Birləşmiş Ştatlarda təhsil almış qızıdır. Bəy Anand Piramal-ın atası Ajay Piramal da sənayeçidir, varidatının 10 milyard dollar olduğu güman edilir.

Hillary Clinton toydan çıxıb avtomobilini gözləyir
Hillary Clinton toydan çıxıb avtomobilini gözləyir

Toy çərşənbə günü Mumbayda keçirilsə də, şənliklər bir neçə həftədir başlanıb. Nişan mərasimi İtaliyada olub.

Ötən həftəsonu minlərlə adam Hindistanın Udaypur şəhərində 16-cı əsrə aid sarayda toydan qabaq mərasimlərə qatılıb. Yayılan videolarda keçmiş dövlət katibi Hillary Clinton-un Hindistanın ən böyük film ulduzlarından olan Shah Rukh Khan-la rəqs etdiyi görünür. Keçmiş Dövlət katibi John Kerry də elə yaxınlıqda rəqs edərkən görüntülənib.

Mərasimlərin ulduzu Beyonce idi. O, populyar hitlərini səsləndirib.

Agentlik Hindistanda toyların çox dəbdəbəli keçdiyini, bir çox ailələrin yüzlərlə, hətta minlərlə qonaq dəvət etmək üçün borca-xərcə düşdüyünü, peşəkar mahnı-rəqs şouları təşkil etdiyini yazır.

Zənginlərə gəlincə, toylarda xəyal edilməyən sərvət sərgilənir, dünyanın hər yerindən qonaqlar çarter təyyarələri ilə gətirilir, ulduz müğənnilərin qısa çıxışları üçün yüzminlərlə dollar ödənilir. 2004-cü ildə Hindistanın polad baronu Lakshmi Mittal-ın nişan mərasimi Versalda keçirilib.

XS
SM
MD
LG