Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Trump jurnalistin öldürülməsi haqda: ‘Yüzminlərlə iş yeri...’


Donald Trump "Reuters"ə müsahibə verir
Donald Trump "Reuters"ə müsahibə verir

ABŞ Prezidenti Donald Trump deyir ki, Yaponiya və Avropa Birliyindən idxal olunan avtomobillərə tarif qoyulması ticarət danışıqlarından asılıdır. “Danışıqlar yaxşı getməsə, bu, variantlardan biridir”, – o, dünən, dekabrın 11-də “Reuters” informasiya agentliyinə müsahibəsində deyib.

Prezident Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın səudiyyəli jurnalist Jamal Khashoggi-nun İstanbuldakı konsulluqda qətlində əli olub-olmaması barədə sualı da cavablandırıb. “Bu məsələyə çox baş qoşmaq istəmirəm. Onu deyə bilərəm ki, o ‘yox’ deyir, digərləri ‘yox’ deyir, bəziləri ‘hə’ deyir”, – prezident söyləyib.

Fakt odur ki, bilirsiniz, o bunu hiddətlə rədd edir. Vəliəhd şahzadə bunu hiddətlə inkar edir”, – Trump deyib.

“İŞ GEDİR”

Bəs jurnalistin öldürülməsinə görə hansı addımlar atıla bilər? Prezident ümid edir ki, adamlar Səudiyyənin Rusiya və Çinə yönəldə biləcəyi yüz milyardlarla dolları “bizim götürməli olmadığımızı düşünmürlər”. “Yüzminlərlə iş yerindən söhbət gedir. Nəhəng hərbi və digər kontraktlardan söhbət gedir. Ümid edirəm, belə bir tövsiyə irəli sürülmür. Ancaq iş gedir. Bəzi senatorla mənimlə görüşürlər”, – Trump vurğulayıb.

İstanbulda Jamal Khashoggi-nin anım mərasimi
İstanbulda Jamal Khashoggi-nin anım mərasimi

Səudiyyə rejiminin tənqidçisi olan Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. Səudiyyə hakimiyyəti bu qətlin sifariş olmadığını deyir.

Konqresdəki demokratlarla münasibətinə gəlincə, Trump deyib:

İki yoldan birini getməliyik. Ya kampaniya başladılmalı, onları prezidenti təqib etməlidirlər. Ya da birlikdə işləyərək böyük həcmdə qanunvericilik əldə etməliyik. Üçüncü yol yoxdur. Hər ikisini eyni vaxtda edə bilmərik”.

İmpiçment onu narahat edirmi?

Pis bir iş görməyən, ölkəmizin tarixində ən böyük iqtisadiyyatı yaratmış birini impiç etmək çətindir. Xeyir, narahat deyiləm. Məncə, bu baş versə, adamlar üsyan edər”, – Prezident Trump vurğulayıb.

Noyabrın 6-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası Nümayəndələr Palatasında üstünlüyü ələ alıb, hakim Respublikaçılar isə Senatda mövqeyini möhkəmləndirib.

İkinci müddətə seçilməsinə gəlincə, Trump təkrar seçilə biləcəyini düşünür. “Rəy sorğularına baxıram. Dünən Rasmussen 50 faiz deyirdi, elədir? Bu, Obama-nın reytinqindən yüksəkdir”, – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG