Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

ABŞ BMT-ni İran üzərinə ballistik raket qadağanının yenidən tətbiqinə çağırır


Mike Pompeo
Mike Pompeo

ABŞ-ın dövlət katibi Mike Pompeo BMT Təhlükəsizlik Şurasına deyib ki, Vaşinqton Tehranın üzərinə ballistik raket məhdudiyyətlərinin yenidən qoyulması üçün şuranın 15 üzvü ilə birlikdə işləmək niyyətindədir.

O dekabrın 12-də Təhlükəsizlik Şurasının İrana həsr edilmiş iclasında habelə deyib ki, Tehranın üstündəki BMT silah embarqosu planlaşdırıldığı kimi 2020-ci ildə qaldırılmamalıdır.

Pompeo Təhlükəsizlik Şurasını “İranın silah məhdudiyyətindən davam edən yan keçmək cəhdlərinin qarşısının alınması məqsədilə limanlarda və beynəlxalq dəniz yollarında təftiş və qadağan tədbirlərinin tətbiqinə” çağırıb.

***

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, dekabrın 12-də ABŞ-ın Dövlət katibi Mike Pompeo Nyu Yorka gedəcək, BMT-nin Təhlükəsizlik Şurasında İranla bağlı iclasa qatılacaq.

İclasda Pompeo Vaşinqtonun “İran rejiminin ballistik raket hazırlaması və onları yaymasıyla beynəlxalq sülhə və təhlükəsizliyə hədələrini aradan qaldırmağa qətiyyətli olduğunu” vurğulayacaq, bunu Dövlət Departamenti bəyanatında bildirib.

Bu iclasdan bir gün öncə İranın hərbi komandiri Tehranın bu yaxınlarda ballistik raket sınaqdan çıxardığını təsdiqləyib. Qərb ölkələri bu addımı pisləmişdi.

BMT-nin Təhlükəsizlik Şurası ötən həftə həmin sınağın müzakirəsinə yığışıb. Birləşmiş Ştatlar bu addımın BMT-nin 2231 saylı qətnaməsini pozduğunu vurğulayıb. Həmin qətnamə 2015-ci ildə Tehranla böyük dövlətlərin imzaladığı nüvə sazişinin bir hissəsi kimi qəbul olunub.

Britaniya və Fransa bu sınağı “provokativ”, qətnaməyə “uyğun gəlməyən” addım adlandırıb.

Veto hüququ olan Rusiya isə İranın raket sınaqları keçirmək hüququnu müdafiə edib.

Tehran raket proqramının müdafiə xarakterli olduğunu, nüvə raketləri arsenalını artırmadığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG