Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:30

Sentsova Sakharov mükafatı veriləcək


Alexander Mimrukun "Oleg Sentsov" kitabının təqdimatı, Kiyev

Avropa Parlamenti həbsdə olan ukraynalı rejissor Oleh Sentsova 2018-ci il Sakharov Mükafatımı təqdim edəcək.

Dekabrın 12-nə təyin olunmuş mərasimin məqsədi Krımın ilhaqına görə Moskvaya qarşı çıxan və Rusiyada həbs cəzası çəkən Sentsova ehtiram bildirməkdir.

Avropa rəsmiləri Rusiya hakimiyyətini Sentsovu azadlığa buraxmağa çağırırlar. Həbsdə 145 gün aclıq edəndən sonra onun səhhəti zəifləyib.

Krım sakini olan Sentsov terrorçuluqda təqsirli bilinərək 20 illik həbsə məhkum edilib. Hazırda Rusiyanın şimalında cəza çəkir.

İnsan haqları qrupları, Qərb hökumətləri bu məhkəməni siyasi motivli sayıblar.

Avropa Parlamenti 1988-ci ildə sovet fiziki, Nobel mükafatı laureatı Andrei Sakharovun şərəfinə mükafat təsis edib. Bu mükafat insan haqlarını və fundamental azadlıqları müdafiə edən fərdlərə və təşkilatlara verilir.

Sakharov sovet dövründə yaradılmış Moskva Helsinki qrupunun təsisçilərindən olub. Onunla birlikdə həmin qrupu yaratmış hüquq müdafiəçisi Lyudmila Alexeyeva dekabrın 8-də dünyasını dəyişib.

XS
SM
MD
LG