Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 14:10

Dağlıq ərazilərə qar yağa bilər


Xınalıq

Dekabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 11-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 12-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında da duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG