Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:05

Hərbi qanunvericilikdə dəyişikliklər olacaq


Z.Əsgərov

«Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə, digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklər, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq».

Bunu «Report»a müsahibəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O vurğulayıb ki, bütün bu layihələrdə əsas məsələ terrorizmlə mübarizəni daha da gücləndirməkdir: «Burada ümumi bir niyyət var ki, terrorizmə qarşı mübarizədə müvafiq normaları gücləndirək. Bu bir reallıqdır ki, bu gün bütün dünya terrorla təhdid olunur. Ölkəmiz də coğrafi cəhətdən elə yerdə yerləşir ki, bizə qarşı xarici təhdid elementləri özünü aydın göstərir. Ölkə daxilində bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycanın daxili sabitliyi yüksək səviyyədədir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, hazırkı sürətli inkişafımızı istəməyən mərkəzlər var ki, bu təhdidin də arxasında onlar durur. İndi o qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda imkan düşən kimi terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar…».

Multimedia

XS
SM
MD
LG