Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:54

Moldova prezidentinin səlahiyyətləri yenə dayandırılıb


Igor Dodon Dövlət Dumasında çıxış edir

Moldovanın Konstitusiya Məhkəməsi Prezident Igor Dodon-u səlahiyyətlərindən yenə məhrum edib. Səbəb onun bir sıra qanunları imzalamaq istəməməsidir.

Məhkəmə qərarı dekabrın 10-da, qərbyönlü hakim Demokratik Partiya deputatların müraciətindən sonra çıxarıb. Deputatlar deyirlər ki, Dodon parlamentin bir neçə dəfə qəbul etdiyi beş qanun layihəsini imzalamaqdan dəfələrlə imtina etməklə konstitusiya öhdəliklərini yerinə yetirmir.

Moldova qanunvericiliyə görə, prezident qanunu imzalamaqdan bir dəfə imtina edə bilər, ancaq deputatlar ona təkrar səs verirlərsə, dövlət başçısı da sənədi imzalamalıdır.

Dodonun imzalamaqdan imtina etdiyi layihələr içində audiovizual xidmətlər, mayın 9-nun Avropa Günü elan olunması, ABŞ səfirliyinin yeni binasının keçmiş stadion ərazisində inşasıyla bağlı sənədlər var. Prezidentin imtinasından sonra parlamentin spikeri Andrian Candu onları imzalaya biləcək.

Prezident son bir ildə artıq beşinci dəfədir səlahiyyətlərindən məhrum edilir. Candu sənədləri imzalayana qədər bu qüvvədə qalacaq.

Rusiyayla sıx münasibətləri dəstəkləyən Dodon Facebook-da yazıb ki, fevralın 24-nə planlaşdırılan parlament seçkilərindən sonra “bütün bu qanunlar təxirə salınacaq”.

Parlament seçkiləri üçün kampaniya dekabrın 10-da başlanıb.

XS
SM
MD
LG