Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Kocharian barəsində həbs qətimkan tədbiri bərpa olunur


Robert Kocharian
Robert Kocharian

Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa eləyib. Kocharian dövlətin konstitusion quruluşunu dəyişməyə çalışmaqda ittiham olunur.

Vəkili Haik Alumian Yerevanda jurnalistlərə deyib ki, məhkəmə bu qərarı dekabrın 7-də, növbədənkənar parlament seçkilərinə iki gün qalmış çıxarıb.

Alumian qərardan şikayət veriləcəyini deyib.

Kocharian iyulda saxlanmışdı. O, 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

64 yaşlı keçmiş prezident avqustun 13-də apelyasiya məhkəməsinin qərarıyla həbsdən buraxılıb. Məhkəmə ölkə konstitusiyasının ona toxunulmazlıq verməsinə istinad edib.

Həbsdən buraxılandan bir neçə gün sonra Kocharian siyasətə qayıtdığını bəyan edib.

O vaxtdan o, Baş nazir Nikol Pashinian hökumətini ölkənin milli təhlükəsizliyini hədələməkdə, Rusiyayla münasibətlərə zərbə vurmaqda, iqtisadi proqramları olmamaqda suçlayıb.

Amma Kocharian dekabrın 9-na planlaşdırılan növbədənkənar parlament seçkisində iştirak etməmək qərarı verib.

Pashinian isə Kocharian-a qarşı ittihamları müdafiə edib, avqustun 17-də deyib ki, “bütün qatillər həbsxanaya gedəcək”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG