Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:28

İrandan quş əti idxalına qadağa qoyuldu


Toyuq

Qida Təhlükəsizliyi Agentliyi İranın Tehran vilayətindən diri quş və quş məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyub.

Bu barədə Agentliyin dekabrın 7-də yaydığı məlumatda deyilir.

QTA nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İranın Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət ünvanladığını bildirir.

Xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı İranın Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasını müəyyən edib.

Bu ilin oktyabr-noyabr aylarında Azərbaycan mediası ölkədə quşların tələf olması, yumurta istehsalının azalması ilə bağlı yazılar dərc edib. Quşların tələf olmasına səbəblərdən biri kimi onların açıq şəkildə bir regiondan digərinə aparılmaları və bu zaman quş qripi xəstəliyinə tutulma ehtimalı səsləndirilirdi.

Multimedia

XS
SM
MD
LG