Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Fransada etirazçılar və hakimiyyət həftəsonuna hazırlaşır


Parisdə etirazlar, 1 dekabr, 2018-ci il

Dekabrın 8-də Fransa təhlükəsizlik qüvvələri ölkəboyunca indiyədək görünməmiş sayda yerləşdiriləcək. Bir neçə turizm məkanı isə bağlanacağını bildirib. Səbəb hökumət əleyhinə planlaşdırılan etirazlardır.

“Sarı jiletlilər” ilkin olaraq dizel yanacağına verginin artırılmasına etiraz edirdilər. İndi etirazlar Prezident Emmanuel Macron hökumətinə qarşı ümumi şikayətlərlə bağlıdır və bu həftəsonuna planlaşdırılan nümayişlər artıq üçüncü həftəyə keçir.

Parisdə muzeylər, teatrlar, bir çox mağazalar ehtiyat tədbiri olaraq qapadılacaqlarını bildiriblər. Məşhur Eyfel Qülləsi də işləməyəcək.

Macron dekabrın 5-də geri çəkildi, vergini artırmaq planını ertələdi. Bu tədbir qlobal istiləşmə ilə mübarizə çərçivəsində görülürdü.

Baş nazir Edouard Philippe TF1 televiziyasına deyib ki, dekabrın 8-də Fransa ərazisinə 89 min təhlükəsizlik əməkdaşı yerləşdiriləcək. Ötən həftə onların sayı 65 min idi.

Parisi isə 8 min nəfər, 10-dan artıq zirehli maşın qoruyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG