Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 19:32

Nauert ABŞ-ın BMT-dəki səfiri ‘olacaq’


Heather Nauert

ABŞ Prezidenti Donald Trump Dövlət Departamentinin sözçüsü Heather Nauerti BMT-də yeni səfir təyin edib. Bu haqda ABŞ mediası yazıb.

Media qurumlarının dekabrın 6-da yazmasına görə, Nauert ilin sonunadək bu postdan gedəcəyini açıqlamış Nikki Haley-ni əvəzləyəcək. Nauert ABC və Fox News-un keçmiş aparıcısıdır.

Fox News xəbər verib ki, Trump dekabrın 7-də bu addımını tvitində açıqlayacaq. Bloomberg News və Reuters də Nauert-lə bağlı qərar verildiyini xəbərləyib.

Ağ ev və Dövlət departamenti rəsmiləri məsələni, hələlik, şərh etməyiblər.

Trump noyabrın 1-də deyirdi ki, Nauertin namizədliyini ciddi nəzərdən keçirir.

48 yaşlı Nauert 2017-ci ilin aprelindən Dövlət Departamentinin sözçüsüdür. Bu ilin əvvəlində o, ictimai diplomatiya və ictimai işlər üzrə dövlət katibinin köməkçisinin vəzifələrini də icra etməyə başlayıb.

İndiyədək siyasi təcrübəsi olmadığından onun BMT-də diplomatik vəzifəyə təyinatı qeyri-adi seçim sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG