Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 13:55

Gürcüstan prezidentinin kürəkəni saxlanıb


Giorgi Margvelashvili (solda) yeni seçilmiş prezident Salome Zurabishvili ilə görüşür
Giorgi Margvelashvili (solda) yeni seçilmiş prezident Salome Zurabishvili ilə görüşür

Gürcüstanın vəzifədən gedən prezidenti Giorgi Margvelashvili-nin kürəkəni saxlanıb. Mindia Gogochuri daha bir nəfərlə qanunsuz silah saxlamaqda şübhəli bilinir. Məlumatı Daxili İşlər Nazirliyi dekabrın 6-da yayıb.

Nazirliyin məlumatına görə, Gogochuri-nin əlbir olduğu şəxs başqa bir şəxsə qəsdən xəsarət yetirmək ittihamıyla da axtarışda olub. Onun adı açıqlanmır.

Nazirlik hər iki şəxsin ötən gecə qaldıqları mənzildə reyd zamanı saxlandığını bildirir.

Polis mənzildən bir gülləkeçirməyən jilet, binanın yanından isə iki tapança aşkar edərək götürdüyünü deyir.

Polis həmin tapançaların pəncərədən atılmasına əmin olduğunu söyləyib.

Prezident Margvelashvili-nin ögey qızının həyat yoldaşı olan Gogochuri son illər bir neçə dəfə müxtəlif ittihamlarla saxlana da, heç vaxt məhkum edilməyib.

2016-cı ildən o, iki dəfə müxtəlif insidentlər zamanı aldığı güllə yarasından xəstəxanaya yatırılıb.

XS
SM
MD
LG