Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İranda partlayışda azı 2 polis əməkdaşı öldürülüb


Hadisə yeri
Hadisə yeri

İran rəsmiləri və dövlət mediası Çabahar liman şəhərində intiharçı hücumunda iki təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirir.

Daha öncə yayılmış məlumatlarda azı 3 nəfərin öldürüldüyü bildirilirdi.

Şəhər valisinin vəzifələrini icra edən Rahmdel Bameri deyib ki, hücumu birdən çox adam törədib.

Terrorçular polis idarəsinin darvazası ağzında partlayıcılar dolu maşın partladıblar”, – o deyib.

“KORTƏBİİ HÜCUM İDİ”

İran xəbər agentliklərinin internetdə yaydıqları videolarda partlayışdan sonra ərazidən qatı tüstü qalxdığı görünür.

Hadisə yeri
Hadisə yeri

Çabahar sünni müsəlman azlığının yaşadığı Sistan-Baluçistan regionunda yerləşir.

Bu regionda narkotik alverçiləri, yaraqlı separatçılarla əlaqələndirilən zorakılıq halları tez-tez baş verir.

Amma İranda intiharçı hücumu nadir hadisə sayılır.

İslam İnqilab Keşikçiləri Korpusunun quru qüvvələrinin komandiri Mohammad Pakpur hücumun alınmadığını söyləyib.

“Bu, kortəbii terror hücumu idi. Terrorçular heç bir nəticə əldə edə bilməyiblər”, – Pakpur yarırəsmi Tasnim xəbər agentliyinə deyib.

Pakpur onu da deyib ki, partlayışdan bir neçə saat sonra Çabaharda sakitlik və təhlükəsizlik bərpa olunub.

***

İranın dövlət televiziyası xəbər verir ki, ölkənin cənub-şərqindəki Çabahar liman şəhərində bomba partladılıb, azı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Partlayışın dekabrın 6-da polis məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Rəsmi IRNA xəbər agentliyi adını çəkmədiyi mənbəyə istinadla xəbər verir ki, böyük ehtimalla bu, polis məntəqəsinə qarşı “intiharçı hücumu” olub.

Mənbə partlayışdan sonra atəş səsləri eşidildiyini bildirib.

Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.

Çabahar Oman körfəzində əsas liman şəhərlərindəndir, İranın Pakistanla sərhədindən 100 km qərbdə yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG