Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:26

Süpürgəçi qadını maşın vurub


Süpürgəçi

Bakının Nizami rayonundakı Mənzil İstismar İdarəsində süpürgəçi işləyən Almagül Muradova dekabrın 6-da avtomobillə vurulub.

Bu barədə A.Muradovanın yerləşdirildiyi 3 saylı Xəstəxanadan bildiriblər.

«Nəqliyyat-yol hadisəsi bu gün səhər saatlarında, Nizami rayon 23 saylı Polis Bölməsinin yaxınlığında baş verib», - xəstəxanadan deyiblər.

Xəstəxanadan hadisənin necə baş verməsi barədə məlumatsız olduqlarını qeyd ediblər.

A.Muradovanın reanimasiya şöbəsinə yerləşdirildiyi deyilsə də, hazırda səhhətinin necə olması haqda informasiya verilməyib.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, A.Muradova hazırda əməliyyat edilir və vəziyyəti ağır olaraq qalmaqdadır.

Hələlik baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarından açıqlama almaq mümkün olmayıb.

Bakıda bundan öncə də süpürgəçi qadınları avtomobil vurub. Nəticədə həyatını itirən də olub.

Sosial mediada bu durum tənqid edilir, şəhərin xüsusi texnika ilə təmizlənməli olduğu halda yaşlı qadınların təhlükəyə atıldığı iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG