Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşüb


Kürdəxanı təcrudxanası
Kürdəxanı təcrudxanası

2015-ci ildə Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür. Bunu Avropa Şurası 2005-2015-ci illəri əhatələyən “Avropada həbsxanalar” adlı hesabatında bildirir.

Hesabatdan görünən odur ki, 2005-2015-ci illər ərzində Avropada əhali sayına düşən məhkum sayı coğrafi baxımdan sabit qalıb. 2005-ci ildə şərqdən qərbə doğru getdikcə göstəricilər azalmağa başlayıb. Amma istisnalar da var. İngiltərə və Uels, Şotlandiya, İspaniya və Portuqaliyada məhkum sayı nisbətən yuxarı, Xorvatiya, Yunanıstan, Sloveniya və Türkiyədə isə aşağı olub.

***Buna da bax: ‘O müəssisədə səsini çıxaran məhbusları cəzalandırırlar...’

2015-ci ildə Azərbaycanda hər 100 min əhaliyə 249,3 məhkum düşüb. Qeyd edək ki, Avropa Şurasının 2016-cı il üçün hesabatında bu rəqəm 236 idi.

Gürcüstanda hər 100 min nəfərə 274, Ermənistanda 129, Rusiyada 440 məhbus düşür.

Hesabatda deyilir ki, 2005-ci illə müqayisədə 2014/15-ci illərdə Azərbaycanda bəzi göstəricilər üzrə azalma qeydə alınıb: cəzaçəkmə müəssisələrinə girənlər 24%, hər 10 min məhkuma düşən ölüm halları 38%, intihar halları 70% azalıb.

Ancaq məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25%, qadın məhkumların sayında 83%, əcnəbi məhkumların sayında 12% artım olub.

Həbsxanalarda nəzarətçilərin sayında 298%, həbsxana administrasiyasının xərclərində 11% yüksəliş var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG