Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 07:46

Bu dəfə də Nazirlər Kabinetində oldular


Nazirlər Kabineti qarşısında aksiya

Azərbaycanın bütövlüyü uğrunda həlak olmuş bəzi şəxslərin yaxınları birdəfəlik müavinət-sığorta almaq tələbiylə dekabrın 4-də Nazirlər Kabinetinin önünə toplaşıblar. Onlara çatacaq müavinəti almadıqlarını bildirən bu şəxslər baş nazir Novruz Məmmədovla görüşmək istəyiblər. Ancaq onları Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov qəbul edib və məsələnin araşdırılacağını bildirib.

Bu cavab həmin şəxsləri qane etməyib. Onlar buna bənzər cavabı Prezident Administrasiyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aldıqlarını deyiblər.

Xatırlatma

Prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb. Rəsmi qurumlarda onlara həmin məbləğin ödənildiyi deyilib. Bunu əksini iddia edənlər haqlarının qorunması üçün Prezident Administrasiyasında, Milli Məclisdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar. Nazirlikdə sonuncu dəfə onlara məhkəməyə şikayət etmək tövsiyə olunub. Cavabla razılaşmayanlar rəsmi qurumlardan problemin həllini tələb etməkdə davam edirlər.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG