Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 07:26

Soyuz raketi orbitə qalxıb


Soyuz kosmodromdan qalxır

Rusiyanın Soyuz raketi Qazaxıstandakı Baykonur Kosmodromundan orbitə qalxıb. Raket Beynəlxalq Kosmik Stansiyaya bir kanadalı və bir amerikalı astronavtı və bir rusiyalı kosmonavtı aparır.

Rusiyanın Roskosmos agentliyi Twitter-də yazıb ki, dekabrın 3-də Soyuz “uğurla orbitə yollanıb”.

Raket rusiyalı Oleg Kononenko, NASA-dan Anne McClain və Kanada Kosmik Agentliyindən David Saint-Jacques-ı aparır.

Üçlüyün altı saatdan sonra kosmik stansiyaya çatacağı gözlənir.

Oktyabrın 11-də Soyuz-un missiyası uçuş başlayanda ikicə dəqiqə sonra yarıda kəsilmişdi.

XS
SM
MD
LG