Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Yağışlı, qarlı hava gözlənilir


Yağış

Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Dekabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz ara verəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı təxmin edilir.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Multimedia

XS
SM
MD
LG