Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyun, Cümə axşamı, Bakı vaxtı 23:39

Saytın bloku qaldırılmadı


Səbail Məhkəməsi

Bu gün, noyabrın 30-da Səbail Rayon Məhkəməsi bastainfo.com saytına ölkə daxilində girişin bloklanmasından verilmiş şikayətə baxıb.

Bu haqda Turan-a saytdan bildiriblər.

Şikayət üzrə cavabdehlər Baş Prokurorluq ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Hakim Nurəddin Bağırov iclas başlayan kimi bildirib ki, məhkəmə şikayət üzrə icraata noyabrın 26-da keçirilmiş hazırlıq iclası mərhələsində xitam verib.

Hakim sayt rəhbərliyinə qərarı aldıqdan sonra apellyasiya şikayəti verməyi tövsiyə edib.

Bastainfo.com-un əməkdaşları yuxarı məhkəməyə şikayət verəcəklərini bildirirlər.

Xatırlatma

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Orada bildirilib ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı törətməsi ilə əlaqədar bəzi media orqanları həqiqətəuyğun olmayan, təxribat xarakterli məlumatlar yayıb. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib. Bundan sonra bastainfo.com saytına giriş məhdudlaşdırılıb, baş redaktorunun ölkədən çıxışına da qadağa qoyulub.

Saytlar rəsmi ittihamları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG