Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:32

Mustafa Hacıbəyli prokurorluqdadır


M.Hacıbəyli

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün, noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağrılıb.

Bu haqda AzadlıqRadiosuna redaktorun özü bildirib. Onun sözlərinə görə, bu gün günorta ona prokurorluqdan zəng vurublar.

«Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayev zəng etmişdi. Mənim vəkilimlə bərabər saat 15-də prokurorluqda olmağımı istədi», - M.Hacıbəyli deyir. O, rəsmi quruma çağrılmasının səbəbini bilmir. «Müstəntiq bununla bağlı heç nə demədi», - redaktor əlavə edib.

M.Hacıbəyli hazırda prokurorluqdadır.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib.

Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb. Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb. Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq dindirilib. Ekspertlər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

Multimedia

XS
SM
MD
LG