Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Rusiyalı kişiləri Ukraynaya buraxmayacaqlar


Petro Poroshenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında, 30 noyabr, 2018-ci il
Petro Poroshenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında, 30 noyabr, 2018-ci il

Ukrayna 16-60 yaşlı rusiyalı kişilərin ölkəyə girməsini yasaqlayıb. Bunu Ukrayna Prezidenti Petro Poroshenko noyabrın 30-da elan edib.

Qeyd edək ki, noyabrın 25-də Rusiya Krım yaxınlığında Ukraynanın üç gəmisini və 24 dənizçisini ələ keçirib. Tərəflər bir-birini provokasiyada ittiham edir.

Poroshenko bu gün tvitində yazıb ki, rusiyalı səyahətçilərə qadağanın məqsədi rusiyalıların Ukrayna torpağında “özəl ordular” formalaşdırmasını önləməkdir.

Rusiya 2014-cü ildən Ukraynanın şərqində separatçıları dəstəkləyir və bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.

SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏLƏRİ GÜCLƏNDİRİLİR

Ukrayna sərhəd xidmətinin rəhbəri Petro Tsigikal sərhəd buraxılış məntəqələrinin gücləndirildiyini deyib.

Ukraynalı dənizçilərə dəstək aksiyası
Ukraynalı dənizçilərə dəstək aksiyası

Rusiya Ukraynanın addımına cavab veriləcəyini bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Ukrayna hökumətini adi adamları incidən siyasət yürütməkdə suçlayıb.

Poroshenko noyabrın 29-da demişdi ki, Ukraynada Rusiya vətəndaşlarına “qadağalar” tətbiq edəcək. Ölkənin sərhəd xidmətinin məlumatına görə, bəzi regionlarda hərbi vəziyyət elan olunmasından dolayı Krıma yalnız Ukrayna vətəndaşları buraxılacaq.

Krıma Rusiyanın təyin etdiyi ombudsmanın sözlərinə görə, ələ keçirilmiş Ukrayna dənizçiləri Moskvaya aparılır.

Rusiya həmin ukraynalıların sərhədi pozduğunu, Ukrayna isə gəmilərinin beynəlxalq dənizçilik qaydalarına uyğun hərəkət etdiyini bildirib.

Həftənin əvvəlində Krım məhkəməsi dənizçilər barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Kreml isə ABŞ Prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putinlə Argentinada gözlənən görüşünü ertələməsindən məyusluğunu dilə gətirib.

Bu o deməkdir ki, beynəlxalq və ikitərəfli gündəmdən bir sıra vacib məsələlərin müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınır”, – Putinin sözçüsü Dmitry Peskov Rusiya dövlət mediasına bildirib.

Onun sözlərinə görə, Putin “amerikalı həmkarıyla kontaktlar qurmağa hazırdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG