Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Trump və Putinin görüşəcəyi təsdiqlənib


Vladimir Putin (sağda) və Donald Trump

Birləşmiş Ştatlar bu şənbə günü Prezident Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə Argentinada görüşəcəyini təsdiqləyib. İki liderin Böyük 20-liyin sammiti çərçivəsində görüşəcəyi gözlənir. Məlumatı Kreml bu gün – noyabrın 29-da yayıb.

Trump iki gün öncə demişdi ki, Rusiya həftəsonu Ukraynanın üç gəmisini ələ keçirdiyindən Putinlə görüşünü təxirə sala bilər.

Vaşinqton görüşü təsdiqləyib”, – Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib.

O, Argentinada görüşün şənbə günü günorta “liderlər arasında qısa söhbətlə” başlanacağını, daha sonra Rusiya-ABŞ nümayəndə heyətlərinin arasında daha geniş danışıqların keçiriləcəyini bildirib.

Ağ ev dünən bildirmişdi ki, türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon söhbətində Trump bazar günü insidentindən “çox narahat olduğunu” dilə gətirib.

XS
SM
MD
LG