Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Daha 14 karxana bağlanıb


Karxana

Daha 14 karxananın fəaliyyəti dayandırılıb.

Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin bu gün, noyabrın 28-də yaydığı açıqlamada yer alır.

Açıqlamada vurğulandığına görə, aparılan monitorinqlər zamanı məlum olub ki, müvafiq qurumlar ayrı-ayrı vaxtlarda karxana fəaliyyətindən ötrü qeyri-qanuni torpaq sahələri ayırıblar.

Komitə bildirir ki, qanun pozuntusu halları ilə bağlı inzibati protokollar yazılıb, torpaq sahələrinin özbaşına zəbt edilməsinə aid sənədlər hüquq-mühafizə orqanlarına göndərilib: «Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub. Xəbərdarlıq edilərək işlər dayandırılıb».

Fəaliyyəti dayandırılan karxanaların adları açıqlanmır və onların sahiblərinin bu deyilənlərə münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin əvvəlində ölkədə 585 karxananın mövcud olduğunu açıqlamışdı.

«Qum-çınqıl karxanasından 256-sının fəaliyyəti torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 155 karxana barədə cərimə tətbiq olunub. 55 karxanada zəbt olunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib», - komitənin məlumatında qeyd edilir.

Son bir ildə ölkədə mişar daşının 30 faiz bahalaşdığı bildirilir.

Multimedia

XS
SM
MD
LG