Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Gürcüstan seçkisi: ‘Exit poll’ Salome Zurabishvili-nin qalib gələcəyini göstərir


Salome Zurabishvili
Salome Zurabishvili

Gürcüstanda prezident seçkisi ilə yanaşı keçirilən “exit poll”un nəticəsinə görə hakim partiyanın namizədi Salome Zurabisvili seçkinin qalibi olmalıdır.

Gallup qrupunun apardığı rəy sorğusunun nəticələrinə görə Fransada doğulmuş Zurabishvili noyabrın 28-də keçirilmiş ikinci turda səslərin 58 faizi ilə qalib gəlməlldir.

Exit-poll nəticələrinə görə əsasını keçmiş prezident Mikheil Saakashvili qoymuş Vahid Milli Hərəkatın dəstəklədiyi namizəd Grigol Vashadze səslərin 42 faizini toplaya bilib.

ABŞ-ın Edison Research firması tərəfindən aparılan başqa bir sorğunun nəticələrinə görə Zurabishvili səslərin 55, Vashadze 45 faizinə sahiblənib.

***

Hökumətə yaxın olan İmedi TV-nin sifarişi ilə keçirilən ekzitpolun nəticələrinə görə seçicilərin 58 faizi Salome Zurabişviliyə, 42 faizi isə Griqol Vaşadzeyə səs verib.

Azadlıq Radiosu Gürcüstan xidmətinin məlumatına görə bu sorğunu Qalıp İnternəşnl (Gallup International) şirkəti keçirib.

Bu məlumat yerli vaxtla saat 18-dək olan vəziyyəti əhatə edir.

“Rustavi 2” televiziyasının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə isə Zurabişvili 55,Vaşadze isə 45 faiz səs toplayıb.

Bu məlumat isə yerli vaxtla saat 17-ni əhatə edir.

Bu sorğunu isə “Edisson Research” şirkəti keçirib.

--

Noyabrın 28-də Gürcüstanda prezident seçkisinin ikinci turu başlanıb. İkinci turda iki əsas siyasi fraksiyanın namizədləri yarışır.

Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabishvili-ni milyarder, keçmiş baş nazir Bidzina Ivanishvili-nin hakim Gürcü Arzusu partiyası dəstəkləyir. Digər namizəd Grigol Vashadze-nin namizədliyini isə keçmiş prezident Mikheil Saakashvili-nin yaratdığı Vahid Milli Hərəkat irəli sürüb, digər müxalifət qrupları da onun arxasında durur.

“ƏDAVƏT YARIŞMASI”

Hər iki namizəd Birləşmiş Ştatlar və Avropa Birliyi ilə isti münasibətləri olan bu Cənubi Qafqaz ölkəsinin keçmiş xarici işlər nazirləridir.

*** Buna da bax: Gürcüstan müxalifətinin namizədi rəy sorğularında irəlidədir

Seçkinin birinci turunda 66 yaşlı Zurabishvili 60 yaşlı Vashadze-ni cüzi fərqlə qabaqlamışdı.

Salome Zurabishvili (sağda) və Grigol Vashadze
Salome Zurabishvili (sağda) və Grigol Vashadze

İki həftəlik seçki kampaniyası dövründə Transparency International təşkilatı bildirib ki, Zurabishvili-nin seçicilərinin əlavə səs verə bilməsi üçün saxta identifikasiya kartlarının hazırlanması barədə məlumat əldə edib.

Gürcü Arzusu isə bu iddialarla heç bir əlaqəsi olmadığını bildirib.

Bu seçki Gürcüstanın qüsurlu mənfi seçki kampaniyası ənənəsini davam etdirdi, ‘lehinə səsvermək’dən çox, ‘əleyhinə səs vermək’lə bağlı kampaniya aparıldı”, – Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Thomas de Waal deyib. O, seçkini Ivanishvili və Saakashvili arasında “ədavət yarışması” adlandırıb.

XATIRLATMA

Saakashvli 2004-cü ilin yanvarında prezident seçilib. 2003-cü ilin noyabrında Eduard Shevardnadze qansız inqilab yoluyla hakimiyyətdən getmişdi.

O, Gürcüstana 10 il rəhbərlik edib, NATO-pərəst, qərbyönlü lider imici qazanıb. Ancaq qoluzorluluq taktikası və seçki saxtakarlığına görə tənqid olunub və bu, imicinə təsirini göstərib.

Mikheil Saakashvili
Mikheil Saakashvili

Ölkənin ən varlı sakini sayılan Ivanishvili 2012-ci ilin parlament seçkisində Saakaşvilinin Vahid Milli Hərəkatını hakimiyyətdən salıb.

O vaxtdan Gürcü Arzusu hakimiyyətdədir, Ivanishvili isə baş nazir kimi bir ildən bir az artıq hakimiyyətə qala bilib.

Yanvarda Saakahsvili qiyabi mühakimə olunaraq üç illik həbsə məhkum edilib. O, 2006-cı ildə bankir Sandro Girgvliani-nin qətinə dair dəlili ört-basdır etməkdə təqsirli bilinib.

Hazırda Niderlandda yaşayan keçmiş prezident bütün ittihamları rədd edib, siyasi motivli adlandırıb.

Həm Zurabishvili, həm də Vashadze avropapərəst xarici siyasət tərəfdarıdır, NATO və Avropa Birliyi ilə münasibətlərin dərinləşdirilməsini istəyir.

Gürcüstanda prezident birbaşa səsverməylə sonuncu dəfədir seçilir. 2017-ci ildə konstitusiya dəyişib, gələcəkdə prezidentləri 300 üzvdən ibarət Seçicilər Kollegiyası seçəcək. Bu quruma parlament üzvləri, yerli və regional siyasi təmsilçilər daxil olacaq.

Səsvermə məntəqələri yerli vaxtla axşam saat 8-də bağlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG