Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:04

Gürcüstan müxalifətinin namizədi rəy sorğularında irəlidədir


Grigol Vashadze
Grigol Vashadze

AzadlıqRadiosunun müxbiri Alan Crosby yazır ki, hələ bir neçə gün bundan əvvəl Gürcüstanda keçirilən prezident seçkisinin kampaniyasında belə bir təsəvvür yaranırdı ki, bu seçkidə keçmiş baş nazir, milyader Bidzina Ivanishvili də iştirak edir. Beləki küçələrdəki təbliğat plakatlarını əsasən onun portretləri bəzəyirdi.

Doğrudur, onun Gürcü Arzusu partiyası 66 yaşlı keçmiş xarici işlər naziri Salome Zurabishvili-ni dəstəkləyir, hərçənd Fransa doğumlu siyasətçi seçkiyə müstəqil namizəd kimi qatılıb.

Lakin son rəy sorğuları prezident seçkisinin ikinci turundan əvvəl müxalifətin namizədi, 60 yaşlı Grigol Vashadze-nin irəlidə olduğunu göstərir. Məhz buna görədir ki, 28 noyabr seçkisinin ərəfəsində plakatlardakı İvanishvili-nin yerini elə Zurabishvili-nin öz portretləri tutmağa başlayıb.

Keçmiş baş nazir Bidzina Ivanishvili bu seçkidə Salome Zurabishvili-ni dəstəkləyir
Keçmiş baş nazir Bidzina Ivanishvili bu seçkidə Salome Zurabishvili-ni dəstəkləyir

Plakatlardakı bu dəyişiklik siyasi təhlilçilrəin də nəzərindən qaçmayıb.

Gürcüstan konstitusiyasına görə prezidentin elə də həlledici səlahiyyətlərinin olmamasına baxmayaraq, hər halda o mühüm siyasi fiqur sayılır. Beləki xarici siyasətin istiqamətini prezident müəyyən edir, beynəlxalq danışıqları o aparır və ən mühümü, müqavilə və sazişləri də o imzalayır.

Burası da var ki, ikinci dövrədə yarışan hər iki namizədin xarici siyasət oriyentasiyası bənzərdir. Onlar Gürcüstanın Qərbə, NATO və Avropa İttifaqına inteqrasiyasına tərəfdardırlar.

Lakin Vashadze Ivanishvili-ni və onun Gürcü Arzusu partiyasını ədliyyənin işinə qarışmaqda və korrupsiyaya rəvac verməkdə ittiham edir.

Gürcü Arzusu üçün sınaq

Zurabishvili-ni dəstəkləməklə Gürcü Arzusu partiyası bu seçkini həm də özünə olan dəstəyin sınağına çevirib.

Gürcüstanın müstəqil Rustavi-2 telekanalının sifarişi ilə ABŞ-da mənzillənmiş Edison Research ictimai rəyi öyrənmə firmasının apardığı sorğu ikinci dövrə ərəfəsində Vashadze-nin Zurabishvili-dən 4 bal irəlidə olduğunu göstərib.

Birinci dövrədə 39 faiz səs toplayan Zurabishvili, 38 faiz səs toplamış Vashadze-dən elə bu qədər irəlidə idi.

Bu xüsusda sosioloq Iago Kachkachishvili AzadlıqRadiosuna deyib: “Yeni seçki plakatları göstərir ki, Salome Zurabishvili-nin siyasi portretlənməsi işə yaramayıb. Yeni plakatlar onun namizədliyini istəməyənlərin fikirini dəyişə bilməyib. Lakin bunun başqa effekti də ola bilər. Bir çoxları düşünə bilərlər ki, hakimiyyət ümumiyyətlə prezidentlik təsisatının ləğvinə hazırlaşır”.

Mənfi kampaniyaçılıq

Crosby yazır ki, hətta Gürcüstan standartları ilə götürəndə də bu kampaniya ağrılı hesab edilə bilər. Beləki kampaniyanın gedişində korrupsiya və qətl qəsdlərini əks etdirdiyi iddia olunan audiolar yayılıb.

Salome Zurabishvili-nin plakatı
Salome Zurabishvili-nin plakatı

İnternetdəki meme-lərdə Ivanishvili-nin portretlərini onun saxladığı zebr qulunlarının şəkilləri əvəz edir.

Fotoşopla düzəldilmiş başqa bir şəkildə isə Zurabishvili və Ivanishvili-nin qoşa fotosu olan Gürcüstan şəxsiyyət vəsiqəsinin şəkli paylaşılıb.

Bəzi başqa postlarda isə qadın namizədi dəstəklədiyinə işarə olaraq Ivanishvili-nin qulaqlarından sırğa asılıb.

Rustavi-2 telekanalındakı şoulardan birində isə Zurbashvili-nin donuna oxşayan don Ivanishvili-yə bənzəyən birisinə geydirilib.

Siyasi təhlilçi və şərhçi Vakhtang Dzabiradze deyir ki, Zurabishvili əslində özünü birinci dövrədə tamamilə tükəndirib və yeni dəstəkçilər qazana bilməyib.

Onun fikrincə məhz buna görə də Ivanishvili-nin Gürcü Arzusu partiyasının təbliğat plakatları indi adamları Vahid Milli Hərəkata qarşı səfərbər etməyə çalışır.

Vahid Milli Hərəkat partiyasının qurucusu, keçmiş prezident Mikheil Saakashvili bu seçkidə Vashadze-ni dəstəklədiyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG