Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 15:08

Rusiyada LGBT yürüşlərinə qadağa ‘təməl hüquqları pozur’


Sankt Peterburqda LGBT festivalı, aprel, 2018-ci il
Sankt Peterburqda LGBT festivalı, aprel, 2018-ci il

Rusiya 2009-2014-cü illərdə lezbian, gey, biseksual və transgender (LGBT) icması üzvlərinin planlaşdırdığı yürüşləri qadağan etməklə təməl hüquqları pozub. Bu haqda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərar çıxarıb.

AİHM-in noyabrın 27-də çıxardığı qərarda deyilir ki, “Rusiya hakimiyyətinin LGBT yürüşləri keçirməklə bağlı təşkilatçıların xahişlərini dəfələrlə rədd etməsi” toplaşma, effektiv hüquqi müdafiə və ayrıseçkiliyə məruz qalmamaq hüquqlarını pozub.

51 MÜRACİƏT

Strasburqda mənzillənən məhkəmə yeddi ərizəçinin LGBT yürüşləri keçirmək üçün verdiyi 51 müraciətə baxıb.

Sankt Peterburqda tədbir
Sankt Peterburqda tədbir

AİHM aşkar edib ki, hakimiyyətin yürüşlərə icazə verməməsini ictimai asayişin potensial pozulması sarıdan narahatlıqla əsaslandırmaq olmaz və bu qərarlar “sərbəst toplaşma azadlığını pozub”.

Bu qərarlar “açıq-aşkar hakimiyyətin nümayişlərin mövzusunu dəstəkləməməsi ilə bağlıdır”, – qərarda deyilir.

Qərarda deyilir ki, Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq, Rusiya sərbəst toplaşma azadlığını təmin etmək və ayrıseçkiliyi məhdudlaşdırmaq yönündə “davamlı və uzunmüddətli səy göstərməlidir”.

Prezident Vladimir Putin Rusiyada geylərə qarşı ayrıseçkiliyin olmadığını deyir, insan haqları fəalları bu fikrə qarşı çıxırlar.

Tədqiqatçıların ötən il bildirməsinə görə, Rusiyada LGBT üzvlərinə qarşı nifrət cinayətlərinin sayı iki dəfə artıb. Onlar bunu Putinin 2013-cü ildə imzaladığı qanunla bağlayırdılar. Qanun azyaşlılar qarşısında “qeyri-ənənəvi seksual münasibətlərin təbliğimi” qadağan edir.

XS
SM
MD
LG