Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Əfqanıstanda yaraqlıların lideri buraxılıb


Abdul Ghani Alipur

Əfqanıstan hakimiyyəti insan haqları pozuntularında ittiham olunan yaraqlı liderini zaminə buraxıb. Bir neçə gün idi onun həbsinə etirazlar keçirilirdi.

Vitse-prezident Sarwar Danish-in idarəsi noyabrın 26-da bildirib ki, ölkənin mərkəzindəki yaraqlıların lideri Abdul Ghani Alipur azadlığa buraxılıb, amma ona qarşı iddialar araşdırılacaq.

Şiə xəzər (hazar) azlığından olan Alipur noyabrın 24-də paytaxt Kabildə saxlanmışdı. Bundan sonra yüzlərlə xəzər etirazçı Kabildə polislə toqquşdu.

Daxili İşlər Nazirliyi 48 polis əməkdaşının yaralandığını, səkkiz polis məntəqəsinə od vurulduğunu bildirir. Rəsmilər iki günlük nümayişlər zamanı öldürülən olmadığını deyir.

Nümayişçilər isə təhlükəsizlik qüvvələrinin onlara atəş açdığını, azı üç nəfəri öldürdüyünü iddia edir.

Hakimiyyət Alipuru 350 silahlıdan ibarət qanunsuz dəstəyə rəhbərlik etməkdə suçlayıb.

Alipur sadəcə, xəzərləri Taliban qruplaşmasından qoruduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG