Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:43

Trump-ın keçmiş müşaviri həbs cəzası çəkir


George Papadopoulos

ABŞ Prezidenti Donald Trump-ın 2016-cı il seçki kampaniyasının keçmiş xarici siyasət müşaviri George Papadopoulos noyabrın 26-dan iki həftəlik həbs cəzasını çəkməyə başlayıb. Hakim onun azadlığa buraxılmaqdan ötrü qaldırdığı vəsatəti rədd edib.

Papadopoulos Xüsusi prokuror Robert Mueller-in apardığı istintaq çərçivəsində hökm çıxarılmış ilk keçmiş köməkçi idi. Mueller Rusiyanın Trump-ın seçki kampaniyası ilə əlaqəsini araşdırır. Papadopoulos sentyabrda məhkum edilib, Federal Təhqiqat Bürosuna kontaktları barədə yalan danışdığını etiraf edib.

Ağ ev 31 yaşlı keçmiş müşavirin seçki kampaniyasında aşağı rütbəli könüllü olduğunu desə də o, Rusiya istintaqının mərkəzi fiquru idi.

Mueller-in bu yay irəli sürdüyü ittihamnaməyə görə, Rusiya kəşfiyyat rəsmiləri Trump-ın rəqibi Hillary Clintona zərbə vurmaq üçün Demokratlar partiyasının emaillərini ələ keçiriblər. Bu insident 2016-cı ilin aprelində baş verib və elə həmin ay Maltada bir professor Papadopoulos-a deyib ki, Rusiyanın əlində Clinton-la bağlı “minlərlə email formasında kompromat” var.

Papadopoulos-un içkili vəziyyətdə olarkən bu söhbəti bir avstraliyalı diplomata çatdırdığı, onun da informasiyanı kəşfiyyat kanallarına ötürdüyü iddia olunur. Bundan sonra FTB-nin Trump-ın kampaniyası ilə Rusiya arasında kontaktları araşdırmağa başladığı bildirilir.

XS
SM
MD
LG