Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Qırğızlar Jeenbekov-dan kömək umur


Uyğur qadın

Çinin şimal-qərbində yerləşən Sincan vilayətindən bir qrup etnik qırğız Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov-a müraciət edib, qohumlarının Çindəki “təhsil düşərgələri”ndən azad olunmasına kömək istəyib.

Noyabrın 26-da Jeenbekova ünvanlanmış açıq məktubda qırğızlar yazırlar ki, hazırda Sincandakı belə düşərgələrdə azı 50 min etnik qırğız saxlanır. Həmin şəxslərdən iki ildən çoxdur xəbər tutmadıqlarını əlavə edirlər.

Sincandan gəlmiş qazaxlar da son həftələr Almatıda tədbirlər keçirir, Qazaxıstan hakimiyyətini və Qərb hökumətlərini belə düşərgələrdə saxlanan qohumlarının azad olunmasına köməklik göstərməyə çağırırlar

BMT-nin avqustda açıqladığı təhqiqatın nəticələrinə görə, Sincandan 1 milyonadək müsəlman “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla adamsa məcburən təhsil düşərgələrinə göndərilib.

Çin bu düşərgələrin təcrid məkanları olması barədə fikirləri rədd edir. Rəsmilər deyirlər k, bu düşərgələr “könüllü təhsil və təlim proqramı”na daxildir, adamların “terrorçuluq və dini ekstremizmin mahiyyətini və ziyanını aydın görməsinə” kömək edir.

Sincanda 250 min etnik qırğız yaşayır. Ən böyük icma uyğurlardır, onlardan sonra qazaxlar gəlir. Bu bölgədə taciklər, hueylər də yaşayır

Günün bütün mövzuları

XS
SM
MD
LG