Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Küləkli hava gözlənir


Bulud

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-dən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi ehtimalı var. Bu da meteohəssas insanlara əlverişsizdir.

Nazirlik xəbərdarlıq edir ki, Bakıda və bəzi rayonlarda noyabrın 27-si gündüzdən 29-u gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG