Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 11:57

'Badamdarda gərginlik artıb'


Bayılda yenə sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bayılda yenə sürüşmə olub. Video arxiv

«Son günlər yağan yağışlar Badamdar sürüşmə zonasında gərginliyi bir az da artırıb».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, torpaq kütlələri var ki, yağış suları altında tədricən ağırlaşaraq sürüşmənin artmasına səbəb olurlar: «Odur ki, prosesin başa çatmasını söyləmək olmaz, proses davam etməkdədir».

Ekspedisiya rəhbəri deyib ki, həmin ərazidə əvvəllər qrunt suları olmayıb: «Tədricən ərazidə əhali məskunlaşdıqca, evlər tikildikcə, bu əmələ gəlib. Belə ki, kanalizasiya suları birbaşa təbiətə axıdılıb, nəticədə bu qrunt suları əmələ gəlib, yəni, bu insan faktoru ilə bağlıdır».

Ə.Qaralov hesab edir ki, bu zonada çıxış yolu tikilmiş evlərin sökülməsində yox, kanalizasiya xəttinin çəkilməsindədir: «Mən özüm də evlərin sökülməsinin tərəfdarı deyiləm. Bu ərazidə məskunlaşdırmanı dayandırmaqla normal kanalizasiya xətti çəkilməlidir və bununla problem həllinin tapa bilər».

Keçən həftə ərazidəki durumla bağlı açıqlama verən baş nazirin müavini Hacıbala Abutalıbov demişdi ki, oradakı evlər sökülməldir. Baş nazirin müavinin vurğulamasına görə, Yaponiyadan Azərbaycana dəvət edilmiş ekspertlər də evlərin sökülməli olduğunu söyləyir. Ancaq söhbətin ümumilikdə neçə evdən getdiyi açıqlanmayıb.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə olub. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 10-a yaxın quyu qazılıb. Bu ərazidə son vaxtlarda isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son aylar Bayıl ərazisindən başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG