Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:40

Poroshenko-ya hərbi vəziyyət ‘lazımdır’ – Qərb mediası


Petro Poroshenko
Petro Poroshenko

Qərb mediası bazar günü Rusiya və Ukrayna arasında baş qaldırmış yeni gərginlik ocağından söz açır. Tərəflər bir-birini provokasiyada suçlayır, Moskva Qara Dənizdə Ukrayna üçün həyat əhəmiyyətli yolu bağlayınca Ukrayna lideri Petro Poroshenko bunun cavabında hərbi vəziyyət tətbiq etmək istədiyini açıqlayıb.

Ölkədə 60 gün ərzində hərbi vəziyyətin elan olunması bu gün parlament səsverməsinə çıxarılacaq. “The Washington Post” yazır ki, hərbi vəziyyət hakimiyyətə və orduya təhlükəsizliyin təminatından ötrü əlavə səlahiyyətlət verir. Yəni, reytinqi aşağı olan, martda namizədliyini yenidən vermək istəyən Poroshenko indi daha müstəqil hərəkət edə bilər.

***Buna da bax: Ukrayna parlamenti hərbi vəziyyətlə bağlı yığışacaq

Qəzet Kiyevdə döyüşkən əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayır. “Rusiyanın quruda və dənizdə təcavüz hərəkətləri planlaşdırması mümkündür. Buna hazır olmalıyıq”, – Xarici işlər naziri Pavlo Klimkin Twitter-də qeyd edib.

Rusiya Ukrayna donanmasının qanunsuz olaraq onun ərazi sularına girdiyini bildirir. Ukrayna isə iddia edir ki, Rusiya “aqressiv” davranıb, “Ukrayna donanmasına qarşı qanunsuz olaraq gücdən istifadə edib”.

Rusiya qırıcıları gəmilərin üzərində dövrə vurur
Rusiya qırıcıları gəmilərin üzərində dövrə vurur

Qəzet Rusiya və Ukrayna arasında qarşıdurma riskinin artdığını, çox şeyin riskə atıldığını qeyd edir. 2014-cü ildən Ukraynanın şərqində münaqişə başlanandan 10 min 300-dən çox adam həlak olub.

Rusiyanın populyar televiziya aparıcısı Dmitry Kiselyov dövlət televiziyasında deyib ki, Poroshenko Birləşmiş Ştatların təhriki ilə Rusiya ilə münaqişəni yenidən başlatmaq istəyir.

İndi Kerç körpüsündə baş verənlər xoşagəlməz hekayətə çevrilə bilər”, – Kremlin əsas təbliğatçılarından olan Kiselyov deyib.

DAXİLİ SİYASƏTƏ TƏHDİD

“The New York Times” qəzetində Andrew E. Kramer isə yazır ki, son baş verənlər Ukraynanın kövrək daxili siyasətinə təhlükə yaradır.

Belə ki, Prezident Petro O. Poroshenko-nun ölkədə hərbi vəziyyət elan etmək istəyinin arxasında marta planlaşdırılan, udmaq şansı az olan prezident seçkisini yubatmaq niyyəti dura bilər.

Ələ keçirilmiş Ukrayna gəmiləri
Ələ keçirilmiş Ukrayna gəmiləri

“Fakt budur ki, hərbi vəziyyət zamanı prezident, parlament, yerli seçki, eləcə də tətil, etiraz, yürüş, kütləvi aksiya keçirmək qadağandır”, – parlamentin üzvü Mustafa Nayyem Facebook-da yazıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bəyanatında Ukrayna gəmilərini “provokasiya”da suçlayıb. “Onların məqsədi aydındır, regionda münaqişə vəziyyəti yaratmaq istəyirlər”, – FSB bildirib.

Rusiya tərəf Ukrayna gəmilərinin Kerç Boğazının müvəqqəti bağlanması elanlarını gözardı etdiyini deyir.

Ukrayna rəsmilərinin sözlərinə görə, ta ilin əvvəlindən Rusiyanın niyyəti boğazı bağlamaq olub.

Parlamentin spikeri Iryna Gerashchenko Facebook-da yazıb ki, BMT-nin Təhlükəsizlik Şurasından Kerç Boğazındakı durumla bağlı toplanmağı xahiş ediblər. “Rusiya Federasiyası Ukraynaya birbaşa təcavüz edib. Dəniz məkanımız hücuma məruz qalıb”, – o deyib.

XS
SM
MD
LG