Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

Ukrayna dənizçilərinin buraxılmasını tələb edir


Xarkovda Rusiya konsulluğu qarşısında etiraz aksiyası
Xarkovda Rusiya konsulluğu qarşısında etiraz aksiyası

Parlamentin iclası öncəsi Prezident Petro Poroshenko Rusiyadan gəmiləri və dənizçiləri dərhal buraxmağı tələb edib, onların “beynəlxalq hüququn qəddarlıqla pozulması nəticəsində saxlandığını” bildirib.

O, Moskvanı “ilkin addım olaraq Azov dənizindəki gərginliyin azalmasını təmin etməyə” çağırıb.

Avropa Şurasının Prezidenti Donald Tusk “Rusiyanın gücdən istifadəsi”ni pisləyib, tvitində yazıb ki, “Rusiya hakimiyyəti ukraynalı dənizçiləri, gəmiləri qaytarmalı və gələcək provokasiyalardan çəkinməlidir”. “Avropa Ukraynanın dəstəkləməklə bağlı vahid mövqedən əl çəkməyəcək”, – Tusk yazıb.

Petro Poroshenko
Petro Poroshenko

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov isə deyib ki, ukraynalı dənizçilər sərhədi pozmağa görə ölkə qanunvericiliyi çərçivəsində məsuliyyətə cəlb olunacaq, ancaq bunun nə demək olduğunu açıqlamayıb.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov isə Kiyevi beynəlxalq normaları pozmaqda suçlayıb.

***

Noyabrın 26-da Ukrayna parlamenti fövqəladə iclasında ölkədə hərbi vəziyyət elan olunmasına dair hərbi şuranın tövsiyəsini nəzərdən keçirəcək. Ötən gün Rusiya qüvvələri Krım yarımadasına yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açıb.

Hərbi şuranın 25 noyabr iclasında Prezident Petro Poroshenko hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib. Ancaq bu heç də Ukraynanın hücum əməliyyatları aparacağı anlamına gəlmir.

23 DƏNİZÇİ ƏSİR GÖTÜRÜLÜB

Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroshenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb. Kiyevin nə saxlanmış gəmilər, nə də dənizçilərlə əlaqə yarada bildiyi vurğulanıb.

Dünənki insidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi.

Kiyevdəki Rusiya səfirliyi qarşısında etiraz aksiyası
Kiyevdəki Rusiya səfirliyi qarşısında etiraz aksiyası

İki ölkə arasında hərbi qarşıdurma yaranacağından ehtiyatlanan BMT-nin Təhlükəsizlik Şurası noyabrın 26-da fövqəladə iclas keçirəcəyini bildirib. Bunu Birləşmiş Ştatlarıln BMT-dəki səfiri Nikki Haley tvitində yazıb.

“Frans Pres” agentliyi diplomatik mənbələrə istinadla yazır ki, iclasın keçirilməsini Ukrayna və Rusiya xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Ukrayna hakimiyyətini Kerç boğazında “qanqster taktikası”na əl atmaqda suçlayıb – ilk öncə provokasiya, daha sonra təzyiq və sonucda təcavüz ittihamları səsləndirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Ukrayna donanmasının gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girməyə cəhd edib deyə, onları dayandırmaq üçün atəş açılıb.

“BEYNƏLXALQ VƏ DİPLOMATİK HÜQUQİ REAKSİYA”

Ukrayna donanması isə gəmilərinin Kerç Boğazından çıxaraq Qara Dənizə qayıdarkən Rusiya sərhəd gəmilərinin hücumuna məruz qaldığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın “aqressiv hərəkətləri”ni beynəlxalq hüququn pozulması sayır və buna “beynəlxalq və diplomatik hüquqi reaksiya” veriləcək.

Noyabrın 25-də axşam qəzəbli etirazçılar Rusiyanın Kiyevdəki səfirliyi qarşısına yığışıblar.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Azov dənizi, Kerç boğazı və Qara Dəniz gərginlik ocaqları sayılır. 2003-cü ildə Rusiya və Ukraynanın əldə etdiyi sazişə görə, Kerç boğazı və Azov dənizi birgə ərazi sularıdır.

Amma Moskva bu ərazilərə nəzarəti genişləndirməyə çalışır. Mayda Krımı Rusiya ərazisi ilə birləşdirən 19 kilometr uzunluqda körpü tikilib.

Son vaxtlar tərəflər bir-birinə qarşı ittihamları artırıblar. Kiyev Moskvanı Ukraynanın Azov dənizindəki Mariupol və Berdyansk limanlarına istiqamət alan gəmilərini qorxutmaqda ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG