Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:13

Pakistanda 35 nəfərin ölümü ilə nəticələnən partlayışa görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürdü


Pakistanda partlayış

Pakistanın Orakzay rayonunda bazarda törədilən partlayışa görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Rəsmi məlumata görə, noyabrın 23-də intiharçının törətdiyi həmin partlayışda azı 35 nəfər ölüb,50-dən çox adamsa yaralanıb.

Bu bölgə Əfqanıstanla sərhəddə yerləşir və əsasən orda şiələr yaşayır.

Bu rayon 2018-ci ilədək Pakistandakı 7 muxtar qəbilə regionlarından biri idi.

2018-ci ilin əvvəllərindən isə Hayber Paxtunxva əyalətinə birləşdirilib.

“İslam dövləti” qrupu noyabrın 24-də bəyanat yayaraq həmin partlayışa görə cavabdehliyi üzərinə götürüb.

Qrupun məlumatına görə isə partlayışda 57 şiə müsəlmanı ölüb, 75 nəfərsə yaralanıb.

XS
SM
MD
LG