Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:49

İsmayıllıda qonur ayını ovlayanlar axtarılır


Ayı

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal ərazisində adı Azərbaycanın «Qırmızı kitab»ına daxil edilmiş qonur ayı ovlanıb.

Bu barədə bu gün, noyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyiliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

«Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfərin qonur ayını ovladığını müşahidə edib. Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger naməlum şəxslərin video görüntülərini çəkib», - açıqlamada yazılıb.

Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmalarından ötrü İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi videogörüntülər onlara təqdim olunub.

Olayla bağlı, hələlik, İsmayıllı Rayon Polis Şöbəsindən əlavə məlumat almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG