Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Poroshenko: Kiyev Moskvaya ‘ismarıc’ göndərir


Petro Poroshenko
Petro Poroshenko

Kiyevin NATO və Avropa Birliyinə qoşulmaq niyyətini bəyan etmək məqsədilə ölkə konstitusiyanı dəyişmək Moskvaya güclü “ismarıc” göndərəcək – “biz tamamilə və dəyişməz şəkildə ayrılırıq”. Bunu Ukrayna Prezidenti Petro Poroshenko deyir.

Noyabrın 22-də Ukrayna parlamentində çıxış edən Poroshenko bildirib ki, “təcavüzkar ölkə olan” Rusiya Ukraynanın bu iki Qərb təşkilatına üzv olmasına “veto” qoya bilməyəcək.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan başlanan münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Kiyevdə anım mərasimi
Kiyevdə anım mərasimi

Poroshenko-nun çıxışından sonra deputatlar ölkə konstitusiyasına dəyişikliyi nəzərdə tutan qanun layihəsini yekdilliklə səsə qoyublar. Baş qanunda ölkənin AB və NATO-ya strateji üzvlüyü əks olunacaq.

“ÖZ YOLUYLA İNAMLA ADDIMLAYAN UKRAYNA”

NATO və Avropa Birliyinə doğru məcburi kursu konstitusiyaya salmaqla biz Moskvaya güclü mesaj göndərmiş oluruq: tamamilə və dəyişməz şəkildə ayrılırıq”, – Poroshenko deyib.

Prezidentin sözlərinə görə, bu, “öz yoluyla inamla addımlayan” Ukraynanın suveren hüququdur.

Bir neçə gün öncə Ukrayna Avromeydan etirazlarının beşinci ildönümünü qeyd edib. Elə Ukraynanın Qərbə doğru geosiyasi oriyentasiyası da o vaxtdan formalaşmağa başladı.

Poroshenko noyabrın 21-də Kiyevdəki Müstəqillik Meydanında anım tədbirinə qatıldı. 2013-14-cü illərin etirazları zamanı bu meydanda öldürülənlər oldu. Moskvapərəst prezident Viktor Yanukovych Rusiyaya qaçdı və bundan sonra Rusiya Krımı ilhaq etdi, Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başladı.

Noyabrın 21-I Ukraynada Çiçəklənmə və Azadlıq Günü kimi qeyd olunur. 2004-cü ilin Narıncı İnqilabı da həmin dönəmdə başlamışdı.

2005-2011-ci illərdə həmin gün Azadlıq Günü kimi qeyd olunurdu, Yanukovych prezident seçilincə onu ləğv elədi. Poroshenko isə 2014-cü ildə prezident postuna gələndən sonra həmin gün bayram kimi bərpa olundu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG