Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:54

AB və Britaniya bəyanat razılaşdırıblar


Theresa May (solda) və Donald Tusk

Avropa Şurasının Prezidenti Donald Tusk deyir ki, Britaniya və Avropa Birliyi gələcək münasibətlərinə dair bəyannaməni prinsipcə razılaşdırıblar, blok liderləri irəlidəki sammit zamanı onu təsdiqləyə bilərlər.

Britaniya martın 29-da Avropa Birliyindən çıxır. Diplomatlar bu tərketmənin şərtləri, gələcək münasibətlərinin çevrəsi üzrə razılaşmanı tamamlamağa çalışırlar. AB liderləri noyabrın 25-də sammit keçirəcəklər.

Komissiya Prezidenti Jean-Claude Juncker mənə bildirdi ki, danışmanlar səviyyəsində, siyasi səviyyədə razılaşma əldə olunub, indi liderlərin onu təsdiqləməsi qalır”, – Tusk deyib.

O, mətnin noyabrın 21-də Juncker və Britaniyanın Baş naziri Theresa May tərəfindən müzakirə olunduğunu bildirib.

May bu gün parlamentdə Brexit danışıqlarının durumu barədə bəyanat verməlidir.

Bəyanatın mətnini indi AB-nin qalan 27 üzvü nəzərdən keçirməlidir, təmsilçilər noyabrın 22-də Brüsseldə bir araya gəlirlər.

XS
SM
MD
LG