Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 02:01

‘Gruevski-yə sığınacaq verirsinizsə, niyəsini izah edin’


Nikola Gruevski (sağda) və Viktor Orban, arxiv fotosu

Avropa Birliyi Macarıstandan Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski-yə siyasi sığınacaq verməsi xəbərlərinə izahat istəyib.

AB-nin genişlənmə üzrə komissarı Johannes Hahn noyabrın 21-də tvitində yazıb ki, Macarıstan Gruevski-yə sığınacaq vermək qərarına gəlibsə, “bunun səbəblərini məntiqli şəkildə izah etməlidir”.

Macarıstanın populist baş naziri Viktor Orbana yaxın sayılan Gruevski ötən həftə Macarıstana qaçıb. O, ölkəsində korrupsiya ittihamları ilə iki illik həbsə məhkum edilmişdi. Gruevski noyabrın 20d-ə bildirib ki, Makedoniyadakı “siyasi təqib”ə görə sığınacaq alıb.

Skopye onun həbsinə beynəlxalq order çıxarıb.

AB Orbanın ölkəsinin ədliyyə sistemini hökumətin nəzarətinə almaq cəhdlərindən getdikcə daha çox narahatlıq bildirir. “Hüququn aliliyi AB-yə üzv və namizəd ölkələr üçün eyni dərəcədə fundamental prinsipdir”, – Hahn tvitində yazıb.

Makedoniya AB-yə üzv olmaq istəyir, ədliyyə sisteminin müstəqilliyini və səmərələliyini təmin etmək üçün islahatlar gerçəkləşdirir.

XS
SM
MD
LG